• Ünvan Tbilisi pros., 3165 AZ1012 Bakı şəhəri, Azərbaycan Respublikası

  • Telefon 050 376 40 99, 050 317 70 86

  • E-mail info@nma.az

5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ

5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ

24.04.2023

Hörmətli həmkarlar!

          Sizi 8-11 iyun 2023-cü il tarixlərində Türk Dünyası MS Araştırmalarını Destekleme DerneyiMilli Nevroloqlar Assosiasiyası  və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və Health and Science İnitiatives-in dəstəyi ilə keçirilən “5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ”-ində  iştirak etməyə dəvət edirik.

          Türk və Türkdilli dövlətlərdə dağınıq skleroz sahəsində çalışan həmkarlarımız arasında bilik mübadiləsi və araşdırmalarla əməkdaşlığımızı gücləndirmək məqsədilə 2019-cu ildə ilk dəfə Ankarada keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi yüksək qiymətləndirilmişdir. Göstərilən marağa görə ənənəvi olaraq növbəti illərdə hər il bir ölkədə keçirilməsi qərara alınmışdır. 8-11 iyun 2023-cü il tarixlərində Azərbaycanda, Bakıda keçiriləcək, iştirakçıların sayı ildən-ilə artır.

          “5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ” Türk Dünyası MS Araştırmalarını Destekleme Derneyi, Milli Nevroloqlar Assosiasiyası  və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və Health and Science İnitiatives -in dəstəyi ilə Bakıda keçiriləcək. Konqresdə klinika, diaqnoz və müalicə üsulları müzakirə olunacaq.

Konqresimizdə mütəxəssis məruzəçilərin iştirakı ilə dağınıq skleroz, NMO, MOQ ilə əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaflar müzakirə ediləcək.

          Şifahi və poster təqdimatlarında türkdilli dövlətlərdə görülən işlər təqdim olunacaq, görülən işlərlə türkdilli ölkələr arasında qüvvələr birliyinin yaradılması ilə birgə iş planları hazırlanacaq.

          Konqres zamanı fasilələrdə türkdilli ölkələrin sosial tədbirləri də olacaq.

          Bütün türkdilli ölkələrdə çalışan nevrologiya üzrə mütəxəssis və assistentlərimizin əvvəlki illərdə olduğu kimi bu il də qurultayda geniş iştirakını gözləyirik.

         Ümid edirik ki, 8-11 iyun 2023-cü il tarixlərində Bakıda keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi həm ölkəmizdə, həm də Türk Dünyasında nevroloqlara mühüm töhfələr verəcək.

Tarix və saat: 
8 iyun 19:30 
9-11 iyun 09:00-20:00 

DTT krediti: 

Məkan: Hilton Baku, Azadlıq prospekti 1B, Bakı 1000

Hədəf auditoriyası: nevroloqlar, pediatrlar, pediatrik nevroloq,radioloq, neyrocərrah, infeksionist, immunoloq

Dil: Türk, Rus
Sertifikat: Verilir
Yerlər məhduddur: 300 canlı, 500 virtual iştirakçı
Son qeydiyyat günü: 01.06.2023

Tədbirin rəsmi saytı: www.mskongresi.org
Qeydiyyat: https://hs-i.org/tedbir/37/5-beynelxalq-turk-dunyasi-daginiq-skleroz-konqresi